Zəngin amerikalılar sərvətlərini 434 milyard ABŞ dolları artırıblar

Zəngin amerikalılar sərvətlərini 434 milyard ABŞ dolları artırıblar Amerikalı milyarderlər koronavirus pandemiyası (COVID-19) fonunda var-dövlətlərini xeyli artırdılar.
Maliyyə
22 May , 2020 12:06
Zəngin amerikalılar sərvətlərini 434 milyard ABŞ dolları artırıblar
Report

Amerikalı milyarderlər koronavirus pandemiyası (COVID-19) fonunda var-dövlətlərini xeyli artırdılar.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Americans for Tax Fairness” və “Institute for Policy Studies” təşkilatlarının birgə araşdırmasında bildirilir.

Belə ki, martın 18-dən mayın 19-dək “ABŞ-ın ən zəngin 600+ adamı” siyahısından olan insanlar ümumilikdə 434 milyard ABŞ dolları qazanıblar. Bununla belə, martda ölkədə 614 milyarder vardısa, may ayında onların sayı 630 olub.

Pandemiyadan daha çox qazanan “Amazon” şirkətinin rəhbəri Ceff Bezos olub (+34,6 milyard ABŞ dolları). “Facebook”un yaradıcısı Mark Tsukerberq (+25,3 milyard ABŞ dolları), “Microsoft”un yaradıcısı Bill Qeyts (+8 milyard ABŞ dolları), “Oracle” korporasiyasının qurucusu Larri Ellison (+7 milyard ABŞ dolları), “Berkshire Hathaway”ın rəhbəri Uorren Baffet isə (+564 milyon ABŞ dolları) qazanıblar.

Ümumilikdə, daha böyük uğura texnoloji sektora aid şirkətlərin rəhbərləri nail olublar. Çünki, bütün dünyada tətbiq edilən təcrid və izolyasiya rejimi bir sıra prosesləri onlayn formata keçiriblər. 

Son xəbərlər

Orphus sistemi