Zaqatala rayonu Aşağı Tala 3 saylı tam orta məktəbində “Milli kimlik və dəyərlərimiz” adlı tədbir keçirilib

Zaqatala rayonu Aşağı Tala 3 saylı tam orta məktəbində “Milli kimlik və dəyərlərimiz” adlı tədbir keçirilib Dəyərlərimizə yönələn təhdidlər və bu təhdidlərlə mübarizə yolları barədə məlumatlar verilib
Maliyyə
100
17 Yanvar , 2017 17:54
Zaqatala rayonu Aşağı Tala 3 saylı tam orta məktəbində “Milli kimlik və dəyərlərimiz” adlı tədbir keçirilib

Bakı 17 yanvar. REPORT.AZ/ Zaqatala Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon Təhsil Şöbəsi və hüquq-mühafizə orqanlarının birgə təşkilatçılığı ilə Zaqatala rayonu Aşağı Tala 3 saylı tam orta məktəbində “Milli kimlik və dəyərlərimiz” adlı tədbir keçirilib.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müəllim və şagirdlərin iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru İlham Qırtımov açaraq mövzunun əhəmiyyəti barədə məlumat verib.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev Azərbaycan xalqının çox əsrlərə dayanan dəyərləri olduğunu diqqətə çatdırıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov milli kimlik barədə danışıb və məktəblilərin bu mövzuda maariflənmələrinin mühüm məsələ olduğunu qeyd edib.

Çıxış edən Zaqatala Rayon Prokurorluğunun əməkdaşı Qəhrəman Əsgərov və Dövlət Təhlükəsizliyi Xidmətinin Zaqatala rayon şöbəsinin əməkdaşı Cavid Məmmədli milli kimliyə və eyni zamanda, dəyərlərimizə yönələn təhdidlər və bu təhdidlərlə mübarizə yolları barədə məlumatlar veriblər. 

Son xəbərlər

Orphus sistemi