"Zaminbank"ın daha bir əmlakı hərraca çıxarılır

"Zaminbank"ın daha bir əmlakı hərraca çıxarılır Mayın 11-də "Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan "Zamin Bank" ASC-nin daha bir daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
Maliyyə
30 Aprel , 2022 17:32
Zaminbankın daha bir əmlakı hərraca çıxarılır

Mayın 11-də "Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan "Zamin Bank" ASC-nin daha bir daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Xatırladaq ki, söhbət Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yerləşən 49,73 kv.m.lik 2 otaqlı mənzildən gedir. Əmlakra 70 300 manat qiymət qoyulub.

Son xəbərlər

Orphus sistemi