Bakı. 25 may. REPORT.AZ/ "Zaminbank" ASC cari ilin birinci rübündə 752,5 min manat həcmində mənfəət əldə edib. Bu müddətdə Bankın gəlirləri 5,1 mln. manat, xərcləri 4,3 mln. manat həcmində olub.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə gəlirlərin 8,8 mln. manatı faiz gəlirləri, 3,7 mln. manatı isə qeyri-faiz zərərinin payına düşüb. Xərclərin isə 2,7 mln. manatını faiz, 1,6 mln. manatını qeyri-faiz xərcləri təşkil edib. Beləliklə, I rübdə bank 5,1 mln. manat faiz mənfəəti əldə edib.
Hesabata əsasən, "Zaminbank"ın müştərilərinin sayı ilin əvvəlindən 0,29% artaraq 2015-ci il aprelin 1-nə 171,0 min nəfərə çatıb. Bunun 160,5 min nəfəri fiziki, 10,5 min nəfəri hüquqi şəxslərdir. Bankda orta aylıq əmək haqqı 500 manat təşkil edir və cari il aprelin 1-nə bu kredit təşkilatında 693 nəfər çalışıb.
Qeyd edək ki, cari ilin aprelin 1-nə Bankın nizamnamə kapitalı 52,2 mln. manat, məcmu kapitalı 57,3 mln. manat təşkil edib.