Zakir Nuriyev: "Dollar satışı məhdudlaşdırılmayıb"

Zakir Nuriyev: "Dollar satışı məhdudlaşdırılmayıb" Azərbaycan bankları ABŞ dollarının satışını məhdudlaşdırmayıb.
Maliyyə
1 Aprel , 2020 15:00
Zakir Nuriyev: Dollar satışı məhdudlaşdırılmayıb
0 : 00
0 : 00

"Azərbaycan bankları ABŞ dollarının satışını məhdudlaşdırmayıb".

Bunu "Report"a açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bundan sonra ölkə vətəndaşlarına ildə bir dəfə ABŞ dolları satılacağı ilə bağlı yayılmış məlumata münasibət bildirərkən deyib.

"Bu, düzgün məlumat deyil. Həmişəki kimi, vətəndaşlar 500 ABŞ dollarına qədər xarici valyutanı şəxsiyyət vəsiqəsi ilə, 500 ABŞ dollarından 20 000 manat ekvivalentinə qədər xarici valyutanı blank doldurmaqla, 20 min manat ekvivalenti və ondan artıq xarici valyutanı isə vəsaitin mənbəyi ilə bağlı sənədləri təqdim etməklə ala bilərlər. Bundan başqa, hər hansı yeni bir qərar yoxdur. Sadəcə vətəndaşlar karantin rejiminin şərtlərini əməl etməklə, istənilən bankda istənilən qədər valyuta mübadisəsi əməliyyatı aparsınlar", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi