Yevlax bazarının səhmləri 2 dəfə bahalaşıb

Yevlax bazarının səhmləri 2 dəfə bahalaşıb Bakı. 26 may. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Yevlax – Mərkəzi Bazar” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.“Report” BFB-yə i...
Maliyyə
26 May , 2017 12:04
Yevlax bazarının səhmləri 2 dəfə bahalaşıb

Bakı. 26 may. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Yevlax – Mərkəzi Bazar” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

“Report” BFB-yə istinadən xəbər verir ki, əqd bazarın 40 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur.

Qiymətli kağızların nominal dəyər 1 manat olsa da, onlar 2 manatdan alınıb-satılıb.

Xatırladaq ki, “Yevlax – Mərkəzi Bazar” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 260752 manatdır. 

Son xəbərlər

Orphus sistemi