Yerli sığorta bazarının dayanıqlı inkişafı üçün prioritetlər açıqlandı

Yerli sığorta bazarının dayanıqlı inkişafı üçün prioritetlər açıqlandı Azərbaycan Sığortaçılar Assosiasiyası yeni fəaliyyət konsepsiyasını təqdim etdi
Maliyyə
246
14 Sentyabr , 2020 11:58
Yerli sığorta bazarının dayanıqlı inkişafı üçün prioritetlər açıqlandı
0 : 00
0 : 00

"Yerli sığorta bazarının yeni mərhələdə inkişafı üçün kifayət qədər potensialı var və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu potensialın doğru dəyərləndirilməsi istiqamətində sığortaçılara öz dəstəyini fundamental əsaslarla təşkil edəcək".

"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Assosiasiyanın yeni fəaliyyət konsepsiyasını açıqlayarkən ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev qeyd edib.

"İlk növbədə pandemiyanın yaratmış olduğu boşluqların doldurulması, bununla paralel olaraq dəyişən müştəri davranışları və yeni dönəm şərtlərinə adekvat fəaliyyətin tətbiqi sığortaçılar üçün başlıca prioritet olacaq. ASA yeni fəaliyyət konsepsiyasını məhz vu reallıqları nəzərə alaraq hazırlayıb", - deyə A.Əliyev bildirib.

Daha sonra yeni konsepsiyanın funksionallıq baxımından bir xətli və çoxşaxəli olub, davamlı inkişaf üçün zəruri olan elementləri özündə ehtiva etdiyi bildirilib. Vurğulanıb ki, yerli sığorta bazarının davamlı və dayanıqlı inkişafının təmin olunmasında sığortaçıların fəaliyyətinin stimullaşdırılması, dünyəvi təcrübə və statistik hesabatlılığın tətbiqi üçün lokal və qlobal müstəvidə təşkilatlarla qarşılıqlı əməkdaşlıqların qurulması və daha geniş trayektoriyalı maarifləndirmə işlərinin aparılması konsepsiyanın əsas hədəf indikatorlarını təşkil edir.

Haql-hazırda ölkədə 21 sığorta və bir təkrar sığorta şırkətləri fəaliyyət göstərir. Ötən ilin iyul ayı ilə müqayisədə bu ilin iyulunda sığorta haqları 10,53% artaraq 467 mln 483 min manat, sığorta ödənişləri isə 44,34% artaraq 223 mln 196 min manata çatıb.

Son xəbərlər

Orphus sistemi