Yeni peyvəndə ümidlər Asiya bazarlarında müsbət əks-səda doğurub

Yeni peyvəndə ümidlər Asiya bazarlarında müsbət əks-səda doğurub Bu gün Asiya – Pasifik regionunun əsas indeksləri Çin birjalarından başqa artım göstərib.
Maliyyə
10 Noyabr , 2020 15:02
Yeni peyvəndə ümidlər Asiya bazarlarında müsbət əks-səda doğurub

Bu gün Asiya – Pasifik regionunun əsas indeksləri Çin birjalarından başqa artım göstərib.

“Report” xəbər verir ki, Şanxay Fond Birjasında (SSE) “Shanghai Composite” indeksi 0,4 faiz azalaraq 3.360,15 bənddə, Şenjen Fond Birjasında (SZSE) “Shenzhen Composite” indeksi 1,05 faiz azalaraq 2.308,85 bənddə, Honkonqun “Hang Seng” indeksi isə 1,1 faiz artaraq 26.301,48 bənddə, Cənubi Koreyanın KOSPİ indeksi 0,23 faiz artaraq 2452,83 bənddə, Yaponiyanın “Nikkei 225” indeksi 0,26 faiz artaraq 24.905,59 bənddə, Avstraliyanın “S & P/ASX 200” insdeksi də 0,66 faiz artaraq 6.340,5 bənddə qərarlaşıb.

Bütövlükdə regionun bazarlarında üstün olan müsbət ivqatın başlıca amili “BioNTech” şirkəti tərəfindən “Pfizer” ilə birgə koronavirusa qarşı hazırlanmış yeni peyvəndin sınaq zamanı 90 faizdən artıq səmərəli olduğunu göstərməsi barədə dünən verdiyi açıqlamadır. ABŞ-dakı seçkilərdə Co Baydenin qələbəsilə yanaşı, bu xəbərin də sərmayədarlara əlavə rəvac verdiyi bildirilir.

“Seçki ətrafındakı müəmmanın sona yetməsi diqqətin bazarın başlıca qaydalarına qayıtmasına şərait yaradıb və dərmana dair son xəbərlər də normal həyata daha əvvəl qayıdılacağından xəbər verir”, – Londondakı “Principal Global İnvestors” mərkəzinin beynəlxalq sərmayələrlə bağlı baş eksperti Sima Şah AFP-yə bildirib.

Çində isə sentyabr ayındakı inflyasiyanın 0,8 faizlik gözləntilərə qarşı 0,5 faiz olduğuna dair xəbərlər sərmayə bazarına mənfi təsir göstərib.

Son xəbərlər

Orphus sistemi