​Yeni 10 avroluq əsginaz dövriyyəyə buraxılıb

​Yeni 10 avroluq əsginaz dövriyyəyə buraxılıb Yaxın iki ildə dövriyyəyə yeni "20 avro" əsginazları da buraxılacaq
Maliyyə
23 Sentyabr , 2014 16:34
​Yeni 10 avroluq əsginaz dövriyyəyə buraxılıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankı yeni, ikinci nəsil 10 avro nominallı əsginazları dövriyyəyə buraxıb. “Report”un xəbər verdiyi kimi, bu barədə Bankın rəsmi saytında məlumat verilib.

Yeni əsginaz daha keyfiyyətli və ən son təhlükəsizlik şifrəsi ilə şifrələnib. Əsginazların ilin sonunacan 18 Birlik ölkəsinin hamısında tam dövriyyəyə girəcəyi deyilir.

Rəsmi məlumatlara görə, ilin ilk 6 ayı ərzində 330 min saxta 10 avroluq əsginaz dövriyyədən çıxarılıb və dövriyyəyə 4,3 mln. ədəd yeni "10 avro" daxil edilib. İkinci nəsil "10 avro"nun üzərində günəş işığında rəngini tez-tez dəyişən holoqram var ki, bunu işbazların hazırlaması qeyri-mümkündür.

Bundan öncə, 2013-cü ilin mayında ikinci nəsil "5 avro" əsginazları dövriyyəyə buraxılıb. Açıqlamalara görə, 2016-cı ilə qədər ikinci nəsil 20 avroluq əsginazlar da dövriyyəyə buraxılacaq.

Xatırladaq ki, rəsmi məlumatlara görə, bu əsginazlardan Birliyə daxil olan 18 ölkənin 338 mln.-dan çox vətəndaşı mütəmadi istifadə edəcək.

Son xəbərlər

Orphus sistemi