"Yelo Bank" Qarabağ Dirçəliş Fondunun Sertifikatı ilə təltif olunub  

"Yelo Bank" Qarabağ Dirçəliş Fondunun Sertifikatı ilə təltif olunub   Sentyabrın 8-də Qarabağ Dirçəliş Fondu və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin üzvləri ilə görüş keçirilib.
Maliyyə
9 Sentyabr , 2021 17:18
Yelo Bank Qarabağ Dirçəliş Fondunun Sertifikatı ilə təltif olunub  

Sentyabrın 8-də Qarabağ Dirçəliş Fondu və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin üzvləri ilə görüş keçirilib.

Görüşdə Qarabağda gedən yenidənqurma işləri ilə bağlı müzakirələr aparılıb, sual-cavab sessiyası təşkil olunub.

Tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film nümayiş olunub.

Müzakirələr zamanı mövcud donorlarla əməkdaşlığın genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi və cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun da həmrəylik göstərərək prosesə cəlb olunmasının vacibliyi xüsusi vurğulanıb.

Tədbirdə iştirak edən "Yelo Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini Yaşar Kərimov Bank adından Fondun "İanə Sertifikatı”nı qəbul edib.

"Yelo Bank" dəstək məqsədilə fondun hesabına 100 000 manat vəsait köçürüb. Bundan əlavə, Bankın saytında Fonda dəstək olmaq üçün xüsusi bölmə yaradılıb. Siz də Qarabağımızı əvvəlkindən də gözəl görmək istəyirsinizsə, ianələrinizi edə bilərsiniz.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq

Son xəbərlər

Orphus sistemi