"Yelo Bank"ın aktivləri 287 milyon manat artıb

"Yelo Bank"ın aktivləri 287 milyon manat artıb “Yelo Bank” ASC 2022-ci ili 5,229 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
26 Yanvar , 2023 09:45
Yelo Bankın aktivləri 287 milyon manat artıb

"Yelo Bank" ASC 2022-ci ilin 4-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə ilin əvvəlindən başlatdığı müsbət artım dinamikasını son rüb də davam etdirib. Belə ki, Bankın aktivləri bir il ərzində 287 milyon manat artaraq 821 milyon manatı keçib.

Bankın uzun müddətdir ki, kredit portfeli üzrə inkişafı uğurla davam etdirilir. Ümumi portfel il ərzində 176 milyon artaraq 622 milyon manata çatıb. Bankın missiyasına uyğun olaraq kredit portfelinin mühüm qismini real sektorun maliyyələşməsi təşkil edir. 2022-ci ildə "Yelo Bank" 19 mindən çox biznes krediti verib ki, nəticədə biznes kredit portfeli 137 milyon, yəni 53% artaraq 396 milyon manata yüksəlib.

IV rübdə 5 000-dən çox müştəriyə 46 milyon manat istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə kredit portfeli il ərzində 22%, yəni 39,9 milyon artımla 220 milyon manatı ötüb. Bu satışın 30%-i, eləcə də portfel artımının 49%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

Bankın əmanət portfelində də nəzərə çarpan artım var. Bu isə "Yelo Bank"a olan inam və etibarın göstəricisidir. Belə ki, 2022-ci ildə 10 mindən çox müştəri öz əmanətlərini "Yelo Bank"a etibar edib və nəticədə ümumi əmanət portfeli 62% artımla 572 milyon manatı ötüb. Cəlb olunan əmanətlərin arasında yeni müştərilərin sayının da sürətlə artması Bankın həm xidmət keyfiyyəti, həm şərtlər baxımından əlverişli olduğunu göstərir.

Eyni zamanda hesabat dövrü üzrə Bankın faiz gəlirləri 86 milyon manat olub. Bu isə 2021-ci il ilə müqayisədə 23 milyon manat daha çoxdur. Bank ili 5,2 milyon manat xalis mənfəətlə başa vurub.

Hesabat dövrünə Bankın məcmu kapitalı 93 milyon manatı ötüb. Bu da requlyativ tələbdən 43 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,13%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7,84% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.

2022-ci ildə "Yelo Bank" xidmət şəbəkəsini genişləndirib. Regionlarda bir neçə filial açılıb, mövcud filiallar isə təkmilləşdirilib. Yeni istifadəyə verilən filialların əksəriyyəti rəqəmsal konseptlidir. Belə konseptli filialların əsas məqsədi bank əməliyyatlarını çevik və rahat şəkildə müştərilərə təqdim etmək, həmçinin, nağdsız ödənişlərin stimullaşdırılmasına töhfə verməkdir.

Bankın parlaq uğurları bununla bitmir. Nağdsız əməliyyatların stimullaşdırılması istiqamətində Bank ötən il ərzində innovativ yeniliklər və xidmətlər təqdim edib. Nəticədə 2022-ci ildə Bankın nağdsız ödəmə dövriyyəsi ötən illə müqayisədə 70%-ə qədər çoxalıb. Müştəri rahatlığı üçün bir sıra rəqəmsal yeniliklər də gətirilib. Məhz buna görə "Markswebb" konsaltinq agentliyi "Mobile Banking Day Baku" konfransında 1000 kriteriya üzrə dəyərləndirilmiş "Yelo App"ı ən rahat mobil tətbiq seçib. "Yelo Bank" 2023-cü ildə də bank sektoruna parlaq yeniliklər gətirməyə davam edəcək.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və yaxud Facebook, Instagram Whatsapp hesablarımıza yazın.

"Yelo Bank" – Parlaq bankçılıq!

Son xəbərlər

Orphus sistemi