“Yelo Bank” nizamnamə kapitalını 378 milyon manata çatdırıb

“Yelo Bank” nizamnamə kapitalını 378 milyon manata çatdırıb “Yelo Bank” ASC nizamnamə kapitalını daha 10 milyon manat və yaxud 2,7% artıraraq 368 milyon manatdan 378 milyon manata çatdırıb.
Maliyyə
262
28 Dekabr , 2020 10:05
“Yelo Bank” nizamnamə kapitalını 378 milyon manata çatdırıb

“Yelo Bank” ASC nizamnamə kapitalını daha 10 milyon manat və yaxud 2,7% artıraraq 368 milyon manatdan 378 milyon manata çatdırıb.

"Report" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 5 milyon ədəd yeni səhm buraxılıb.

Qiymətli kağızları “Yelo Bank”ın əsas səhmdarı – “Topaz Investments Limited” QSC əldə edib. Son nəticədə onun Bankdakı payı 95,9%-dən 96%-ə çatıb. Əvəzində 2-ci səhmdar (həm də əsas səhmdarın direktoru) Marina Kulişovanın payı 4%-dən 3,9%-ə düşüb, 3-cü səhmdar – “İSR Holdinq” MMC-nin payı isə dəyişməyərək 0,1% qalıb.

Son xəbərlər

Orphus sistemi