"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub Korporativ idarəetmə strukturunu təkmilləşdirməyə davam edən "Yelo Bank" daha bir tanınmış bankiri öz heyətinə cəlb edib. Zəngin beynəlxalq bank təcrübəsinə malik və Azərbaycan daxil dünyanın bir çox ölkəsində çalışmış Britaniya vətəndaşı Endryu Pospielov
Maliyyə
107
2 İyun , 2021 18:10
Yelo Bankın Müşahidə Şurasında dəyişiklik olub

Korporativ idarəetmə strukturunu təkmilləşdirməyə davam edən "Yelo Bank" daha bir tanınmış bankiri öz heyətinə cəlb edib. Zəngin beynəlxalq bank təcrübəsinə malik və Azərbaycan daxil dünyanın bir çox ölkəsində çalışmış Britaniya vətəndaşı Endryu Pospielovski, Bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən Müşahidə Şurasının üzvü kimi təsdiqlənərək "Yelo" komandasına qoşulub.

15 ildən artıq müddətdə Bank və maliyyə institutlarının idarəetmə sahəsində təcrübəyə malik olan cənab Pospileovski Müşahidə Şurası, İdarə Heyəti kimi ali idarəetmə orqanlarının üzvü və rəhbəri olub. Maliyyə institutları ilə işdə çox böyük təcrübəyə malik olan Endryu bəy Audit və Risk Komitələrinin üzvü olmaqla yanaşı iri məbləğlərdə kreditlərin verilməsində, həmçinin strateji qərarların qəbulunda birbaşa iştirak edib.

Endryu Pospielovski
Endryu Pospielovski

Bu təyinatla cənab Pospielovski "Yelo Bank"ın Müşahidə Şurasına daxil olan üçüncü üzv olub. Xatırladaq ki, Bankın Müşahidə Şurasına Marina Kulişova sədrlik edir, Nikoloz Yenukidze isə digər üzvdür.

"Yelo Bank"ın İdarə Heyətinin Sədri Anar Həsənov təyinatı şərh edib: “Sevindirici haldır ki, yenilənmiş strategiyamız və ambisiyalı hədəflərlə başladığımız yeni dövrdə Endryu kimi əsl peşəkar bizimlə birlikdə olacaq. Əminəm ki, öz təcrübəsi ilə cənab Paspilovski qısa və uzunmüddətli hədəflərimizə çatmağa bizə dəstək olacaq. "Yelo" komandası adından onu salamlayır və işlərində müvəffəqiyyətlər arzu edirəm”.

Son xəbərlər

Orphus sistemi