“Yelo Bank”ın kredit portfeli 10% böyüyüb

“Yelo Bank”ın kredit portfeli 10% böyüyüb “Yelo Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 23,193 milyon manat zərərlə başa vurub.
Maliyyə
20 Oktyabr , 2020 15:08
“Yelo Bank”ın kredit portfeli 10% böyüyüb

“Yelo Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 23,193 milyon manat zərərlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 14,3 dəfə çoxdur.

9 ay ərzində “Yelo Bank”ın gəlirləri 43,348 milyon manat (illik müqayisədə 9,8% az), xərcləri 43,506 milyon manat (21,6% çox), xüsusi ehtiyatlara ayırmaları isə 23,035 milyon manat (65,9% çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Yelo Bank”ın aktivləri 442,209 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,1% azdır. Bunun 268,849 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,5% böyüyüb.

Hesabat dövründə “Yelo Bank”ın öhdəlikləri 1,6% artaraq 388,11 milyon manata, o cümlədən depozit portfeli 2,2% artaraq 286,766 milyon manata çatıb, balans kapitalı isə 16,8% azalaraq 54,099 milyon manata düşüb, o cümlədən nizamnamə kapitalı 2,9% artaraq 358 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi