Yaponiyanın iki iri kriptovalyuta birjasının bağlanması bitkoni ucuzlaşdırıb

Yaponiyanın iki iri kriptovalyuta birjasının bağlanması bitkoni ucuzlaşdırıb Bakı. 29 mart. REPORT.AZ/ Yaponiyanın Mr. Exchange və Tokyo GateWay ticarət meydançalarının lisenziyalarının geri alınması bitkoinin qiymətinin 400 dollar və yaxud, təxminən, 5% azalaraq 7 500 dollara düşməsinə səbəb olub.
Maliyyə
29 Mart , 2018 13:21
Yaponiyanın iki iri kriptovalyuta birjasının bağlanması bitkoni ucuzlaşdırıb
AFP 2017/ Karen Bleier

Bakı. 29 mart. REPORT.AZ/ Yaponiyanın "Mr. Exchange" və "Tokyo GateWay" ticarət meydançalarının lisenziyalarının geri alınması bitkoinin qiymətinin 400 dollar və yaxud, təxminən, 5% azalaraq 7 500 dollara düşməsinə səbəb olub. 

"Report" xəbər verir ki, bu barədə yerli "Nikkei" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, adıçəkilən iri kriptovalyuta birjalarının bağlanmasına Yaponiyanın Maliyyə Xidmətləri Agentliyinin apardığı yoxlamalardan sonra qərar verilib. Bununla belə, birjalar müştərilərinin vəsaitlərini geri qaytarana qədər fəaliyyətləriini davam etdirəcəklər.

Bitkoinlə bərabər altkoinlərin də qiymətində azalma müşahidə olunur. Qeyd edək ki, hazırda bazarın məcmu kapitallaşması 280 mlrd. ABŞ dolları təşkil edir və bu il qeydə alınmış minimal səviyyədən cəmi 3 mlrd. dollar çoxdur. 

"Report"un analitik qrupu hesab edir ki, sözügedən göstərici 277 mlrd. dollardan aşağı düşsə, kriptovalyuta bazarında 10%-ə qədər ucuzlaşma ola bilər. 

Son xəbərlər

Orphus sistemi