2021-ci ilin IV rübündə Yaponiya iqtisadiyyatı 2020-ci ilin eyni dövrünə nisbətən 5,4% böyüyüb. Ekspertlər isə artımın 6% olacağını gözləyirdi.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, ötən rüb gündoğar ölkədə iqtisadi artıma ən böyük töhfəni istehlak sektoru verib.