Yaponiya Bankının aktivləri ölkənin ÜDM-ni üstələyib

Yaponiya Bankının aktivləri ölkənin ÜDM-ni üstələyib Bakı. 13 noyabr. REPORT.AZ/ Yaponiya Bankının (Mərkəzi Bank) aktivləri bu il noyabrın 1-nə 553,592 trln. yen (təxminən, 4,85 trln. ABŞ dolları) təşkil edib.
Maliyyə
13 Noyabr , 2018 11:12
Yaponiya Bankının aktivləri ölkənin ÜDM-ni üstələyib

Bakı. 13 noyabr. REPORT.AZ/ Yaponiya Bankının (Mərkəzi Bank) aktivləri bu il noyabrın 1-nə 553,592 trln. yen (təxminən, 4,85 trln. ABŞ dolları) təşkil edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) dəyərindən çoxdur. 

Belə ki, bu ilin III rübünün yekununda Yaponiyanın ÜDM-i ilə bağlı məlumatlar açıqlanmasa da, II rübün yekununda sözügedən göstərici 552,82 trln. yen (təxminən, 4,84 trln. dollar) olub. 

Bununla da, Yanoniya Bankı Böyük 7-lik ölkələrinin mərkəzi bankları arasında aktivləri ölkənin ÜDM-ni üstələyən ilk maliyyə nəzarətçisi olub. İndiyə qədər yalnız İsveçrə Mərkəzi Bankının aktivləri ölkənin ÜDM-ni üstələyib. 

Qeyd edək ki, Yaponiya Bankının aktivləri 5 ölkənin –Türkiyə, Aregntina, Cənubi Afrika, Hindistan və İndoneziyanın ümumi ÜDM-dən çoxdur. 

Son xəbərlər

Orphus sistemi