​"YapıKredi Bank Azərbaycan" Bakıda iki yeni filial açıb

​"YapıKredi Bank Azərbaycan" Bakıda iki yeni filial açıb Bankın filiallarının ümumi sayı 18-ə çatıb
Maliyyə
374
4 Mart , 2015 16:22
​YapıKredi Bank Azərbaycan Bakıda iki yeni filial açıb

Bakı. 4 mart. REPORT.AZ/ "YapıKredi Bank Azərbaycan" QSC Bakı şəhərinin Yasamal rayonunda iki filialını birdən müştərilərin istifadəsinə verib. Bununla da bank ümumi filial sayını 18-ə çatdırıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, “Yasamal” və “İnşaatçılar” filialı adlanan hər iki filial Yasamal rayonunda, müvafiq olaraq Şərifzadə küçəsi, 75A ("İnşaatçılar" metrosu yaxınlığında) və Bəsti Bağırova küçəsi, 2A (Dövlət Statistika Komitəsi yaxınlığında) ünvanında fəaliyyət göstərir.

Bankın yeni xidmət məntəqələrində müştərilər istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, "Worldcard" kredit kartı, valyuta əməliyyatları və digər bank məhsullarını əldə edə bilər. "YapıKredi Bank Azərbaycan" bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. 

Son xəbərlər

Orphus sistemi