​“YapiKredi Bank Azerbaijan" manat əmanətləri üçün üstünlük yaradıb

​“YapiKredi Bank Azerbaijan" manat əmanətləri üçün üstünlük yaradıb Bu, həmçinin dollar əmanətini manata çevirən müştərilərə aiddir
Maliyyə
16 Fevral , 2016 14:57
​“YapiKredi Bank Azerbaijan manat əmanətləri üçün üstünlük yaradıb

Bakı. 16 fevral. REPORT.AZ/ “YapiKredi Bank Azerbaijan" QSC yeni manat əmanətlərinin cəlb olunmasını stimullaşdırmaq məqsədilə yeni addım atıb. Bankda ən az 2 il müddətinə yeni manat əmanəti yerləşdirən, vaxtı bitmiş əmanətini yeniləyən və ya dollar əmanətini manata çevirən müştərilər "Worldcard" əldə edə biləcəklər.

"Report"un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, 2015-ci il oktybarın 1-nə “YapiKredi Bank Azerbaijan"ın aktivləri 365,7 mln. manat, kredit portfeli 241,5 mln. manat təşkil edib. Cəmi depozit portfeli 143,2 mln. manat, o cümlədən 56,0 mln. manatı milli valyutada, 87,1 mln. manatı xarici valyutada olub. Əhalinin əmanətləri 49,9 mln. manat təşkil edib ki, bunun da 10,7 mln. manatı milli valyutada, 39,2 mln. manatı xarici valyutada yerləşdirilib.

Bankın həmin tarixə olan nizamnamə kapitalı 46,8 mln. manat, məcmu kapitalı 59,982 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi