“Yapı Kredi Bank Azərbaycan"ın xalis zərəri 5 dəfədən çox azalıb

“Yapı Kredi Bank Azərbaycan"ın xalis zərəri 5 dəfədən çox azalıb Bank bu ilin I rübünü 122 min manat xalis zərərlə başa vurub
Maliyyə
23 Aprel , 2021 17:39
“Yapı Kredi Bank Azərbaycanın xalis zərəri 5 dəfədən çox azalıb

“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin I rübünü 122 min manat xalis zərərlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 81,4 % və yaxud 5,4 dəfə azdır.

Yanvar-mart aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 9,095 milyon manat (illik müqayisədə 14,9 % az), xərcləri 7,273 milyon manat (3,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,835 milyon manat (2,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 109 min manat (2,3 dəfə az) təşkil edib.

Bu il aprelin 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 323,666 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,5 % azdır. Bunun 108,615 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,6 % kiçilib.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 15,3 % azalaraq 241,702 milyon manata, o cümlədən depozit portfeli 15,6 % azalaraq 221,902 milyon manata düşüb, balans kapitalı isə 2 % artaraq 81,965 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi