"Yapı Kredi Bank Azərbaycan" bu ilin I rübünü zərərlə başa vurub

"Yapı Kredi Bank Azərbaycan" bu ilin I rübünü zərərlə başa vurub Yapı Kredi Bank Azərbaycan ASC bu ilin I rübünü 656 min manat xalis zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 1,7 milyon manat xalis mənfəətlə çıxmışdı.
Maliyyə
27 Aprel , 2020 17:48
Yapı Kredi Bank Azərbaycan bu ilin I rübünü zərərlə başa vurub
Yapı Kredi Bank Azərbaycan / Report

"Yapı Kredi Bank Azərbaycan" ASC bu ilin I rübünü 656 min manat xalis zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 1,7 milyon manat xalis mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, yanvar-mart aylarında "Yapı Kredi Bank Azərbaycan"ın gəlirləri 10,7 milyon manat (illik müqayisədə 10,6% az), xərcləri 7,1 milyon manat (9,1% az), xüsusi ehtiyatlara ayırmaları 4,1 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 247 min manat (54,2% az) təşkil edib.

Bu il aprelin 1-nə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 365,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5% azdır. Bunun 128,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,9% böyüyüb.

Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri 6,5% azalaraq 285,4 milyon manata, o cümlədən depozit portfeli 5,7% azalaraq 262,9 milyon manata düşüb, balans kapitalı isə 0,5% artaraq 80,4 milyon manata çatıb.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01%-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi