“Yapi Kredi Bank (Azerbaijan)” ötən ili 10 mln. manatdan artıq xalis mənfəətlə başa vurub

“Yapi Kredi Bank (Azerbaijan)” ötən ili 10 mln. manatdan artıq xalis mənfəətlə başa vurub Bakı. 19 yanvar. REPORT.AZ/ “Yapi Kredi Bank (Azerbaijan)” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 427,291 mln. manat təşkil edib.
Maliyyə
19 Yanvar , 2018 10:32
“Yapi Kredi Bank (Azerbaijan)” ötən ili 10 mln. manatdan artıq xalis mənfəətlə başa vurub
Report

Bakı. 19 yanvar. REPORT.AZ/ “Yapi Kredi Bank (Azerbaijan)” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 427,291 mln. manat təşkil edib.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,6% azdır.

“Yapi Kredi Bank (Azerbaijan)”ın aktivlərinin 102,974 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ildə bankın kredit portfeli 38,8% keçilib. Maliyyə qurumunun vaxtı keçmiş kreditləri isə 5,1% azalaraq 48,439 mln. manata düşüb.

Hesabat dövründə, “Yapi Kredi Bank (Azerbaijan)”ın cəmi öhdəlikləri 9,6% azalaraq 354,671 mln. manat, o cümlədən depozit portfeli 14,5% artaraq 329,82 mln. manat olub. Bankın cəmi kapitalı isə 30,4% artaraq 72,619 mln. manata çatıb.

2017-ci ildə “Yapi Kredi Bank (Azerbaijan)”ın faiz gəlirləri 34,69 mln. manat (2016-cı ilə nisbətən 4,5% çox), faiz xərcləri 7,993 mln. manat (36% az), qeyri-faiz gəlirləri 22,759 mln. manat (23,5% az), qeyri-faiz xərcləri isə 32,651 mln. manat (4,9% çox) təşkil edib. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 16,805 mln. manat olub ki, bu da illik müqayisədə 13% azdır.

Ötən il “Yapi Kredi Bank (Azerbaijan)” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə 83,8% az – 4,866 mln. manat vəsait ayırıb, 1,828 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da, bank 2017-ci ili 10,11 mln. manat xalis mənfəətlə başa vurmuşdu. Halbuki, maliyyə qurumu 2016-cı ildən 10,328 mln. manat xalis zərərlə çıxmışdı.

Xatırladaq ki, "YapiKredi Bank Azerbaijan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 0,02 manat olan 2 340 535 194 səhm əsasında formalaşıb. Səhmlərin 99,8%-i Türkiyənin "YapıKredi Bank"ına, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi