Yanvarda Azərbaycanda yük sığortası üzrə daxilolmalar azalıb

Yanvarda Azərbaycanda yük sığortası üzrə daxilolmalar azalıb Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda yüklərin (nəqliyyat) sığortası növü üzrə daxilolmalar azalıb.
Maliyyə
25 Fevral , 2019 13:47
Yanvarda Azərbaycanda yük sığortası üzrə daxilolmalar azalıb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda yüklərin (nəqliyyat) sığortası növü üzrə daxilolmalar azalıb.

“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayındayüklərin sığortası üzrə sığorta şirkətlərinin yığımları 458,6 min manat təşkil edib. Bu, 2018-ci ilin yanvar ilə müqayisədə 31,8 min manat və ya 6,5% azdır.

2019-cu ilin yanvar ayında yüklərin sığortası üzrə 1,1 min manat ödəniş aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 min manat və ya 57,7% azdır.

Ümumiyyətlə, ötən il yüklərin sığortası üzrə daxilolmaların 0,24%-i ödənişə yönəldilib. 

Son xəbərlər

Orphus sistemi