Yanvarda Azərbaycanda səyahət sığortası üzrə ödənişlər azalıb

Yanvarda Azərbaycanda səyahət sığortası üzrə ödənişlər azalıb Bakı. 23 fevral. REPORT.AZ/ 2019-cu ilin yanvar ayında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 251,2 min manat olub.
Maliyyə
23 Fevral , 2019 17:00
Yanvarda Azərbaycanda səyahət sığortası üzrə ödənişlər azalıb

Bakı. 23 fevral. REPORT.AZ/ 2019-cu ilin yanvar ayında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 251,2 min manat olub.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, 2018-ci ilin yanvar ayındakı göstəricidən 35,6 min manat və ya 16,51% çoxdur.

Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərə gəlincə, bu ilin fevralın 1-nə bu rəqəm 11,2 min manat təşkil edib ki, bu ötən ilin yanvar ayı ilə müqayisədə 0,5 min manat və ya 4,5% azdır.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 mln. 758,1 min manat olub. Ötən il xaricə səfər edən vətəndaşların sığortası ödənişlərə gəlincə, bu rəqəm 749,5 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi