Azərbaycan iqtisadiyyatının 6 %-i nəqliyyat sektorunun payına düşür.
"Report" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin departament müdiri Xudayar Həsənli "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfrans çərçivəsində keçirilən "Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: Sənayenin yeni bacarıq və səriştə ehtiyacları" mövzusunda paneldə deyib.
"2023-cü ilin 10 ayında ÜDM-də nəqliyyat sektorunun payı 6,3 milyard manat təşkil edib. Avropa ölkələrində nəqliyyat sektorunun iqtisadiyyatda payı 8-9 %-dir. Biz də bu rəqəm hazırda 6 % təşkil etsə də, daha da çox ola bilər", - deyə o qeyd edib.