Bakı. 10 yanvar. REPORT.AZ/ 2014-cü ilin oktyabr ayında Azərbaycanın Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) ilə 1,268 mlrd. manat həcmində 2,242 mln. əməliyyat həyata keçirilib.
“Report”un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu, illik müqayisədə müvafiq olaraq 12,91% və 1,15% azdır. Əvvəlki ayla müqayisədə isə əməliyyatların həcmində 4,30%, sayında isə 8,26% azalma müşahidə olunub.
Qeyd edək ki, noyabrda XÖHKS vasitəsilə aparılan bir ödənişin orta məbləği 2013-cü ilin eyni dövrü ilə müqayisədə 11,9 % azalaraq 565,6 manat təşkil edib. Bu göstərici aylıq müqayisədə isə 4,34% artıb.