Bakı. 2 dekabr. REPORT.AZ/ “Xəzər Dəniz Gəmiçiliyi” ASC kondisioner sisteminin satın alınması məqsədi ilə açıq müsabiqə elan edib.
“Report”un məlumatına görə, müraciət üçün son tarix dekabrın 7-si saat 18:00 müəyyən edilib.
İştirakçılar sənədləri Azərbaycan dilində, 2 nüsxədə tərtib etməlidirlər.
Sənədlər “Xəzər Dəniz Gəmiçiliyi”nin Bakı şəhəri, Heydər Əliyev prospekti 152, “Çinar plaza” 24-cü mərtəbə yerləşən ofisində qəbul olunacaq.