“Xətai” stansiyasında yeni çətirin quraşdırılmasına 595 min manat xərclənəcək

“Xətai” stansiyasında yeni çətirin quraşdırılmasına 595 min manat xərclənəcək Bakı. 13 dekabr. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyasının maili tunelində köhnə çətirin sökülməsi və yenisinin quraşdırılması işlərinin açıq tender üsulu ilə satınalınmasına dair elan etdiyi müsabiqənin qalibi məlum olub.
Maliyyə
13 Dekabr , 2018 09:31
“Xətai” stansiyasında yeni çətirin quraşdırılmasına 595 min manat xərclənəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyasının maili tunelində köhnə çətirin sökülməsi və yenisinin quraşdırılması işlərinin açıq tender üsulu ilə satınalınmasına dair elan etdiyi müsabiqənin qalibi məlum olub.

“Report" “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, 23.11.2018-ci il tarixdə keçirilmiş müsabiqədə “Kaspian Standart CO” MMC qalib gəlib.

Qalib gəlmiş təşkilat ilə 03.12.2018-ci ildə ƏDV daxil 595 495,15 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb. 

Son xəbərlər

Orphus sistemi