Xaricilərin Azərbaycan banklarındakı əmanətləri ilin əvvəlindən 13% artıb

Xaricilərin Azərbaycan banklarındakı əmanətləri ilin əvvəlindən 13% artıb Bakı. 6 dekabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarında əmanətlərinin həcmi 8,9 mln. manat və ya 1%, ilin əvvəlindən isə 99,6 mln. manat və ya 13% artaraq noyabrın 1-nə 844,6 mln. manat təşkil edib.
Maliyyə
6 Dekabr , 2018 11:21
Xaricilərin Azərbaycan banklarındakı əmanətləri ilin əvvəlindən 13% artıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarında əmanətlərinin həcmi 8,9 mln. manat və ya 1%, ilin əvvəlindən isə 99,6 mln. manat və ya 13% artaraq noyabrın 1-nə 844,6 mln. manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Yerli valyutada yerləşdirilən əmanətlərdə azalma, xarici valyutada isə artım qeydə alınıb. Belə ki, qeyri-rezindetlərin oktyabr ayı ərzində manatla əmanətləri 49,3 mln. manat və ya 36% azalıb, dollarla əmanətləri isə əksinə 58,2 mln. manat və ya 8% artıb.

Noyabrın 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 757,7 mln. manat və ya 90%-i xarici, 86,9 mln. manat və ya 10%-i milli valyutada yerləşdirilib.

Bildirək ki, 2018-ci il noyabrın 1-nə əsasən, fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 140,0 mln. manat təşkil edib ki, bunun da 7 295,5 mln. manatı rezident, 844,6 mln. manatı qeyri-rezidentlərin əmanətləridir. 

Son xəbərlər

Orphus sistemi