"Xalq Sığorta" ASC 2019-cu ili 17,656 milyon manat mənfəətlə başa vurub. Halbuki şirkət 2018-ci ildən 2,25 milyon manat xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Xalq Sığorta"nın gəlirləri 12,435 milyon manat (illik müqayisədə 5,1% az), xərcləri isə 30,91 milyon manat (2,9 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Xalq Sığorta”nın aktivləri 71,721 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,9 dəfə artaraq 30,593 milyon manata çatıb, balans kapitalı isə 15,15% azalaraq 41,128 milyon manata düşüb, o cümlədən nizamnamə kapitalı 27,2% artaraq 57,751 milyon manat olub.
Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.