“Xalq Sığorta”nın yığımları 2 dəfədən çox artıb

“Xalq Sığorta”nın yığımları 2 dəfədən çox artıb Bakı. 9 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Xalq Sığorta” ASC-nin yığımları 834 775 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlum...
Maliyyə
9 Fevral , 2017 14:35
“Xalq Sığorta”nın yığımları 2 dəfədən çox artıb

Bakı. 9 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Xalq Sığorta” ASC-nin yığımları 834 775 manat təşkil edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,14 dəfə çoxdur.

Hesabat dövründə “Xalq Sığorta”nın ödənişləri də artıb. Belə ki, şirkət ay ərzində 471,9 min manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 11,16% çoxdur.

Bu ilin yanvar ayında “Xalq Sığorta” topladığı hər 100 manat sığorta haqqının 56,53 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-ci ilin yanvar ayında 91,70% olub.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 39 388 700 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 5,33 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi