"Xalq Sığorta"nın yığımları 11% artıb

"Xalq Sığorta"nın yığımları 11% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
10 Oktyabr , 2016 13:09
Xalq Sığortanın yığımları 11% artıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "Xalq Sığorta" ASC-nin yığımları 8 254 726 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,03% çoxdur.

Hesabat dövründə "Xalq Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 9 ay ərzində 4 478 072 manat ödəniş edib. Bu isə bir il əvvələ nisbətən 17,29% çoxdur.

2016-cı ilin ilk 9 ayında "Xalq Sığorta" topladığı hər 100 manat sığorta haqqının 54,25 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin ilk 9 ayında 51,36% olub.

Xatırladaq ki, "Xalq Sığorta" şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 32,516 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 4,4 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi