"Xalq Sığorta"nın öhdəlikləri 15% azalıb

"Xalq Sığorta"nın öhdəlikləri 15% azalıb Şirkət bu ilin ilk 9 ayını xalis mənfəətlə başa vurub
Maliyyə
25 Oktyabr , 2016 09:38
Xalq Sığortanın öhdəlikləri 15% azalıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Xalq Sığorta" ASC-nin cəmi aktivləri 2016-cı il oktyabrın 1-nə 52,088 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 0,15% çoxdur.

Son 9 ayda "Xalq Sığorta"nın cəmi öhdəlikləri 15,3% azalaraq 10,658 mln. manat, cəmi kapitalı isə 5,1% artaraq 41,43 mln. manat olub.

Hesabat dövründə "Xalq Sığorta"nın cəmi gəlirləri 10,138 mln. manat, cəmi xərcləri isə 8,133 mln. manat təşkil edib. Son nəticədə Şirkət ilin ilk 9 ayını 2,005 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 39 388 700 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 5,33 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi