"Xalq Sığorta"nın aktivləri bu il 2% azalıb

"Xalq Sığorta"nın aktivləri bu il 2% azalıb Şirkət ilk yarımilliyi 847 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
8 Sentyabr , 2016 12:19
Xalq Sığortanın aktivləri bu il 2% azalıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Xalq Sığorta" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 51,005 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə təxminən 2% azdır.

Son 6 ayda "Xalq Sığorta"nın cəmi öhdəlikləri 14,73% azalaraq 10,733 mln. manat, cəmi kapitalı isə 2,15% artaraq 40,272 mln. manat olub.

Hesabat dövründə Şirkətin gəlirləri 6,062 mln. manat, xərcləri 5,215 mln. manat təşkil edib. Son nəticədə "Xalq Sığorta" ilin ilk yarısını 847 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Xalq Sığorta" şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 32,516 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 4,4 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi