“Xalq Kapital” investisiya şirkətinin xalis mənfəəti 94% artıb

“Xalq Kapital” investisiya şirkətinin xalis mənfəəti 94% artıb Bakı. 18 iyun. REPORT.AZ/ “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 450 min manat təşkil edib.
Maliyyə
18 İyun , 2018 11:21
“Xalq Kapital” investisiya şirkətinin xalis mənfəəti 94% artıb

Bakı. 18 iyun. REPORT.AZ/ “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 450 min manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 24% çoxdur.

2017-ci ildə “Xalq Kapital”ın cəmi öhdəlikləri 57 dəfə artaraq 57 min manata, cəmi kapitalı isə 8,6% artaraq 393 min manata çatıb.

Ötən il investisiya şirkətinin əsas gəlirləri 61 min manat (əvvəlki il əsas gəlirləri olmayıb), əsas xərcləri 21 min manat (23% çox), digər xərcləri 3 min manat (əvvəlki ilə digər gəlirlər olub) təşkil edib. Son nəticədə maliyyə qurumunun vergiyəqədərki mənfəəti 37 min manat olub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

2017-ci ildə “Xalq Kapital” 6 min manat mənfəət vergisi ödəyib və ili 31 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 93,6% çoxdur. 

Son xəbərlər

Orphus sistemi