“Xalq Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2 dəfədən çox azalıb

“Xalq Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2 dəfədən çox azalıb “Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2019-cu ili 68 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
8 Sentyabr , 2020 10:26
“Xalq Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2 dəfədən çox azalıb

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2019-cu ili 68 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 53,7% və yaxud 2,2 dəfə azdır.

Ötən il “Xalq Kapital”ın vergiyəqədərki mənfəəti 86 min manat (51,7% az), mənfəət vergisi ödəmələri isə 18 min manat (41,9% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Kapital”ın aktivləri 612 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,9% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri təxminən 88% azalaraq 5 min manata düşüb, balans kapitalı isə 12,6% artaraq 608 min manata çatıb.

Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya Şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir.

Son xəbərlər

Orphus sistemi