"Xalq Həyat Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək

"Xalq Həyat Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək İyunun 8-də, saat 15:00-da Xalq Həyat Sığorta ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.
Maliyyə
24 Aprel , 2020 11:03
Xalq Həyat Sığortanın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 8-də, saat 15:00-da "Xalq Həyat Sığorta" ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22L ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Xalq Həyat Sığorta"nın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi