​"Xalq Bank" yeni kredit kampaniyası keçirir

​"Xalq Bank" yeni kredit kampaniyası keçirir Bank dövlət qulluğu orqanlarının əməkdaşlarına 4 illik kreditlər təklif edir
Maliyyə
31 Oktyabr , 2014 15:12
​Xalq Bank yeni kredit kampaniyası keçirir
Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Xalq Bank" ASC dövlət qulluğu orqanlarında (məhkəmə, icra hakimiyyəti orqanları, nazirliklərin əməkdaşları, hərbçilər və s.) səhiyyə və təhsil müəssisələrində (özəl müəssisələr də daxil olmaqla) çalışan əməkdaşlar üçün 4 illik kreditlər təklif edir. Bu barədə "Report"a Bankın baş ofisindən məlumat verilib.

İmtiyazlı kateqoriyaya daxil olan müştərilər üçün istehlak kreditlərini illik 20%-dən başlayaraq və 10 min manatadək məbləğdə əldə etmək mümkündür. Kredit həm nağd pul, həm də kredit kartı vasitəsilə verilə bilər. Kredit kartından istifadə zamanı faizlər yalnız xərclənmiş məbləğə hesablanır.

Qeyd edək ki, kreditlər Bankın bütün filiallarında verilir.

Son xəbərlər

Orphus sistemi