“Xalq Bank” və “Xalq Sığorta” ASC-lərin səhmlərinin 50%-nə nəzarət edən “İdeal Biznes Ko.” MMC nizamnamə kapitalını azaltdığını elan edib.
“Report” bu barədə
Bununla belə, şirkətin kapitalının hazırda nə qədər olması və nə qədər azaldılacağı açıqlanmayıb. Yalnız o bildirilib ki, “İdeal Biznes Ko.”nun kreditorları “PAŞA Holdinq” MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına müraciət edə bilərlər.
Xatırladaq ki, bundan əvvəl adı çəkilən maliyyə qurumlarının digər səhmdarı - “Euro Standard” MMC də nizamnamə kapitalını azaltmışdı.