"Xalq Bank" valyuta əmanətlərini ucuzlaşdırıb

"Xalq Bank" valyuta əmanətlərini ucuzlaşdırıb Bankın Azərbaycan manatı ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb
Maliyyə
19 Noyabr , 2016 16:35
Xalq Bank valyuta əmanətlərini ucuzlaşdırıb

Bakı. 19 noyabr. REPORT.AZ/ "Xalq Bank" ASC müştərilərdən ABŞ dolları və avro ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini azaldıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda "Xalq Bank"da 1 il müddətinə dollarla yerləşdirilən klassik əmanətlərə ("Müddətli əmanət") görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olmayaraq 1% dividend ödənilir. İndiyə qədər bu göstərici 2% olub. Bank avro əmanətlərinin gəlirliliyini isə 1,5%-dən 0,5%-ə endirib.

Bundan başqa, "Xalq Bank" Amerika valyutası ilə qəbul edilən yığım əmanətlərinin ("Proqress əmanəti") illik faiz dərəcəsini faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olmayaraq 2%-dən 1,3%-ə qədər, avro ilə qəbil edilən bu növ əmanətlərin illik gəlirliliyini isə 1,5%-dən 1%-ə qədər azaldıb.

Kredit təşkilatının Azərbaycan manatı ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 211 646 490 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 58,3 manat olan 3 630 300 səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi