"Xalq Bank"ın xalis mənfəəti 6% artıb

"Xalq Bank"ın xalis mənfəəti 6% artıb “Xalq Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 25,935 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
23 Oktyabr , 2020 17:03
Xalq Bankın xalis mənfəəti 6% artıb

“Xalq Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 25,935 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,8% çoxdur.

9 ay ərzində “Xalq Bank”ın əməliyyat gəlirləri 102,524 milyon manat (illik müqayisədə 6,3% çox), əməliyyat xərcləri 51,73 milyon manat (0,5% çox), xüsusi ehtiyatlara ayırmaları 18,938 milyon manat (22,9% çox), gözlənilməz gəlirləri 82 min manat (60,2% az), mənfəət vergisi ödəmələri isə 6,004 milyon manat (13,6% çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Xalq Bank”ın aktivləri 2 295,228 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,4% çoxdur. Bunun 1 503,007 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,7% kiçilib.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 5% artaraq 1 857,575 milyon manata, o cümlədən depozit portfeli 8,4% artaraq 1 539,47 milyon manata, balans kapitalı isə 7,2% artaraq 437,653 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,8 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85%-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi