"Xalq Bank"ın aktivləri illik 7% artıb

"Xalq Bank"ın aktivləri illik 7% artıb Bakı. 24 iyul. REPORT.AZ/ “Xalq Bank” ASC-nin aktivləri illik müqayisədə 7,02% artaraq 2017-ci il iyulun 1-nə 1 845,887 mln. manata çatıb. Kredit p...
Maliyyə
24 İyul , 2017 11:30
Xalq Bankın aktivləri illik 7% artıb
Report

Bakı. 24 iyul. REPORT.AZ/ “Xalq Bank” ASC-nin aktivləri illik müqayisədə 7,02% artaraq 2017-ci il iyulun 1-nə 1 845,887 mln. manata çatıb. Kredit portfeli illik 4,25% azalaraq 1 338, 869 mln. manat təşkil edib. Bunun 839,761 mln. manatı xarici valyutada verilən kreditlərin payına düşüb, kredit portfelinin 59,922 mln. manat və ya 4,48%-nin ödəniş vaxtı keçib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri illik müqayisədə 7,11% artaraq iyulun 1-nə 1 600,533 mln. manata yüksəlib. Depozit portfeli 8,28% artaraq 1 230,599 mln. manat olub. Bunun da 881,502 mln. manatı xarici valyutada yerləşdirilib. AMB-nin banka qarşı tələbləri illik 0,03% azalaraq 31,492 mln. manat təşkil edib. 

Cari il iyulun 1-nə "Xalq Bank"ın nizamnamə kapitalı 211,647 mln. mant, cəmi kapitalı 245,354 mln. manat, məcmu kapitalı 243,729 mln. manat təşkil edib.

Bank cari ilin birinci yarısında 5,172 mln. manat həcmində xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,58% çoxdur.

Son xəbərlər

Orphus sistemi