“Xalq Bank”ın aktivləri 15% artıb

“Xalq Bank”ın aktivləri 15% artıb Bakı. 24 yanvar. REPORT.AZ/ “Xalq Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 15% artaraq 2019-ci il yanvarın 1-nə 2 088 178 min manata çatıb.
Maliyyə
24 Yanvar , 2019 11:58
“Xalq Bank”ın aktivləri 15% artıb
Report

Bakı. 24 yanvar. REPORT.AZ/ “Xalq Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 15% artaraq 2019-ci il yanvarın 1-nə 2 088 178 min manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdəmüştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 6% artaraq bu il yanvarın 1-nə 1 350 303 min manat təşkil edib. 

Hesabata dövründə bankın cəmi öhdəlikləri illik 11% artaraq 1 725 703 min manat olub. Bu müddətdə depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) illik 7,6% artaraq 1 259 413 min manata yüksəlib. 

Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbləri 23,5% azalaraq 2019-ci il yanvarın 1-nə 24 092 min manat qalıb. 2019-ci il yanvarın 1-nə bankın cəmi kapitalı 282 475 min manat, nizamnamə kapitalı 225 078,6 min manat təşkil edib.

Bank 2018-ci ildə 27 744 min manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 57,6% çoxdur. 2018-ci ildə bankın faiz gəlirləri 109 507 min manat, qeyri-faiz gəlirləri 9 585 min manat, faiz xərcləri 23 023 min manat, qeyri-faiz xərcləri 43 480 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi