"​Xalq Bank" faizsiz kredit imkanı yaradıb

"​Xalq Bank" faizsiz kredit imkanı yaradıb Kredit xəttinin məbləği maksimum 25 min manat ola bilər
Maliyyə
425
20 Fevral , 2015 10:31
​Xalq Bank faizsiz kredit imkanı yaradıb

Bakı. 20 fevral. REPORT.AZ/ Artıq "Xalq Bank" ASC bütün kredit kartlarının sahibləri üçün 35 günlük faizsiz kredit xəttindən faydalanmaq imkanı yaradıb. Kredit xəttinin məbləği plastik kartın növündən asılıdır və 500-25 000 manat arasında müəyyən edilir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, qeyd olunan kredit xətti Azərbaycan manatı ilə yanaşı, həm də dollar və avroda ayrılır.

Məlumat üçün bildirək ki, müştəri istifadə etdiyi məbləği növbəti təqvim ayının 5-dək ödəyərsə, kreditə görə faiz hesablanmır. Bununla da faizsiz kreditin müddəti maksimum 35 gün təşkil edir. İstifadə olunan məbləğ növbəti ayın 5-dək ödənilməsə, növbəti gündən etibarən borc qalığı məbləğinə illik 20-24% dərəcəsi ilə faiz hesablanacaq.

Son xəbərlər

Orphus sistemi