“Xalq Bank” bu ilin I rübünü mənfəətlə başa vurub

“Xalq Bank” bu ilin I rübünü mənfəətlə başa vurub Bank rüb ərzində 4,712 milyon manat xalis mənfəət əldə edib
Maliyyə
20 Aprel , 2021 18:07
“Xalq Bank” bu ilin I rübünü mənfəətlə başa vurub

“Xalq Bank” ASC bu ilin I rübünü 4,712 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 47,9 % azdır.

Yanvar-mart aylarında “Xalq Bank”ın əməliyyat gəlirləri 25,589 milyon manat (illik müqayisədə 27,8 % az), əməliyyat xərcləri 17,419 milyon manat (6,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,002 milyon manat (təxminən 4 dəfə az), gözlənilməz gəlirləri 15 min manat (3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,471 milyon manat (23,7 % az) təşkil edib.

Bu il aprelin 1-nə “Xalq Bank”ın aktivləri 2 130,424 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,7 % azdır. Bunun 1 390,848 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 14,8 % kiçilib.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 9 % azalaraq 1 694,288 milyon manata, o cümlədən depozit portfeli 12 % azalaraq 1 364,424 milyon manata düşüb, balans kapitalı isə 3,5 % artaraq 436,136 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi