Vüsal Qasımlı: "Dünya təcrübəsində istifadə edilən "qum qutusu" yanaşması Azərbaycanda da nəzərdən keçirilə bilər"

Vüsal Qasımlı: "Dünya təcrübəsində istifadə edilən "qum qutusu" yanaşması Azərbaycanda da nəzərdən keçirilə bilər" Bakı. 17 may. REPORT.AZ/ Blokçeyn və digər yeni maliyyə texnologiyalarının tənzimlənməsi zamanı dünya təcrübəsində istifadə edilən qum qutusu yanaşması Azərbaycanda da nəzərdən keçirilə bilər.
Maliyyə
17 May , 2018 11:38
Vüsal Qasımlı: Dünya təcrübəsində istifadə edilən qum qutusu yanaşması Azərbaycanda da nəzərdən keçirilə bilər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı / Report/ Orkhan Azim
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ "Blokçeyn və digər yeni maliyyə texnologiyalarının tənzimlənməsi zamanı dünya təcrübəsində istifadə edilən "qum qutusu" yanaşması Azərbaycanda da nəzərdən keçirilə bilər".

"Report"un verdiyi xəbərə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. 

"Beləcə blokçeynin tətbiqi üçün "sınaqdan keçir və öyrən" prinsipinə əsaslanan və özəl sektorun fəallığına, təşəbbüskarlığına söykənən bir mühit yaradıla bilər. Çünki blokçeyn texnologiyaları yeni olduğundan hətta inkişaf etmiş ölkələrdə belə dövlət tərəfindən dəqiq tənzimlənmə mexanizmləri tam qurulmayıb", - o qeyd edib. 

V.Qasımlının sözlərinə görə, blokçeyn texnologiylarının tətbiqi bütün dünyada olduğu kimi, Azərbayanda da diqqətlə öyrənilir, risklər və imkanlar qiymətləndirilir: "Azərbaycanın maliyyə-bank sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, maliyyə xidmətlərinin daha da yaxşılaşması, maliyyə resurslarına əlçatanlığın genişləndirilməsi və qlobal miqyasda rəqabətə davamlılığın təmin edilməsi həm də blokçeyn texnologiyalarının səmərəli tətbiqindən asılı olacaq". 

O həmçinin qeyd edib ki, Azərbaycanda "Ağıllı müqavilə" (Smart Contract"), bokçeyn token satışı və ICO (initial coin oddering- ilkin koin təklifi) kimi imkanların daha geniş araşdırılmasına ehtiyac var: "Gələcəkdə blokçeyn texnologiyalarının irəliləməsi banklar, depozitarlar və notariuslar üçün yeni reallıqlar yaradacağından, indidən hazırlıqlar görülməlidir. Blokçeyn texnologiyası səhyyə, mülkiyyət hüquqlarının müdafiəsi, istehlak, pul köçümələri və "big data" kimi sahələrdə daha böyük fayda gətirəcək". 

Son xəbərlər

Orphus sistemi