Vüqar Namazov: "Bakı Fond Birjasının platforması dünyada ilk 4-lükdədir"

Vüqar Namazov: "Bakı Fond Birjasının platforması dünyada ilk 4-lükdədir" BFB yeni törəmə maliyyə alətlərini tətbiq etməyə və xarici investorları Azərbaycan bazarına gətirməyə çalışır
Maliyyə
995
21 Dekabr , 2017 10:47
Vüqar Namazov: Bakı Fond Birjasının platforması dünyada ilk 4-lükdədir
“Bakı Fond Birjası” QSC-nin sədri Vüqar Namazov / Report/ Elshan Baba

Bakı. 21 dekabr. REPORT.AZ/ Hazırda Bakı Fond Birjasının (BFB) infrastrukturu 1 saniyə ərzində 25 min əqd bağlamağa imkan verir, ümumilikdə isə Birjada 138 maliyyə aləti mövcuddur.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Kapital bazarları-2018” adlı tədbirdə “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Vüqar Namazov deyib.

Onun sözlərinə görə, BFB-nin platforması bazar iştirakçıları – emitentlərin və investorların tələblərinə tam cavab verir: “2016-cı ildə Cənubi Koreyadan olan mütəxəssislərin iştirakı ilə Birjanın platforması yenilənib və hazırda o, imkanlarına görə dünyada ilk 4-lükdədir. İndi əsas məqsədimiz bu platforma üzərindən biznesi canlandırmaqdır”.

V.Namazov onu da deyib ki, rəhbərlik etdiyi qurum yeni törəmə maliyyə alətlərini tətbiq etməyə və bununla da xarici investorları Azərbaycan bazarına gətirməyə çalışır: “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də nəzərdə tutulub ki, 2020-ci il qədər bazarın inkişafına dair bir sıra tədbirlər görülsün. Listinqin canlandırılması, şirkətlərin səhmlərinin ilkin tədavülə buraxılması prosesinin sürətləndirilməsi Birjanın inkişaf strategiyasında da nəzərdə tutulub”.

Son xəbərlər

Orphus sistemi