Vüqar Gülməmmədov: “Büdcə qanunvericiliyini təkmilləşdirməyə ehtiyac var"

Vüqar Gülməmmədov: “Büdcə qanunvericiliyini təkmilləşdirməyə ehtiyac var" “Azərbaycanda dövlət büdcəsi zərfinə daxil olan bəzi sənədlərin informativ xarakterli olması, bəzi istiqamətlər üzrə göstəricilərin əvvəlki illərlə müqayisədə çeşidinin azalması makro-fiskal təhlillərin həyata keçirilməsinə mane olub”.
Maliyyə
10 Noyabr , 2021 12:43
Vüqar Gülməmmədov: “Büdcə qanunvericiliyini təkmilləşdirməyə ehtiyac var
Vüqar Gülməmmədov

“Azərbaycanda dövlət büdcəsi zərfinə daxil olan bəzi sənədlərin informativ xarakterli olması, bəzi istiqamətlər üzrə göstəricilərin əvvəlki illərlə müqayisədə çeşidinin azalması makro-fiskal təhlillərin həyata keçirilməsinə mane olub”.

“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

“Sadalanan hallar və büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul ediləcək dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması baxımından hesab edirik ki, büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var. “Büdcə sistemi haqqında” qanunun 12-ci və 16-cı maddələrinə dəyişiklik edilməsini vurğulamaqla həmin dəyişiklikləri yeni redaksiyada büdcə ilə bağlı qanun layihəsinə verdiyimiz rəydə göstərmişik”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi