“VTB Bank”: Rusiyadan idxala dəstək göstəriləcək

“VTB Bank”: Rusiyadan idxala dəstək göstəriləcək “VTB Azerbaijan” Bankı 2020-ci ildə Rusiyadan idxalı dəstəkləmək məqsədi ilə “Rusiya İxracat Mərkəzi” (REC) SC ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
Maliyyə
4 Mart , 2020 13:40
“VTB Bank”: Rusiyadan idxala dəstək göstəriləcək

“VTB Azerbaijan” Bankı 2020-ci ildə Rusiyadan idxalı dəstəkləmək məqsədi ilə “Rusiya İxracat Mərkəzi” (REC) SC ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir".

“Report” xəbər verir ki, bu barədə “VTB Bank”ın (Azərbaycan) İdarə Heyətinin sədri Yevgeni Kirin mətbuat konfransında deyib.

O bildirib ki, REC ilə əməkdaşlığın artırılması Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin güclənməsinə təkan olacaq: "Azərbaycanda REC-in əsas tərəfdaşı olmaq istəyirik. Üstəlik, iki ölkə arasında ticarət dövriyyəsini 3 milyard ABŞ dollarına çatdırmaq barədə siyasi qərar da var”.

Bank rəhbəri həmçinin REC ilə 2,5 milyon ABŞ dolları həddində olan əməkdaşlıq limitini bir neçə dəfə artırmağı arzuladıqlarını da dilə gətirib.

Qeyd edək ki, REC ötən il Rusiya müəssisələrinin bir neçə missiyasının Azərbaycana səfərlərini təşkil edib. O cümlədən “Caspian Oil & Gas” və “World Food Azerbaijan” beynəlxalq sərgilərində Rusiya şirkətləri və müəssisələrinin iştirakı təmin edilib.

REC-in Bakı nümayəndəliyindən bu kimi tədbirlər nəticəsində iki ölkə işgüzar qurumları arasında İT və yeni texnologiyalarla bağlı, başqa sahələrdə bəzi gələcək vəd edən layihələr nəzərdə tutulduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi