"Volvo" 2019-cu ildən benzinli avtomobil istehsalını dayandıracaq

"Volvo" 2019-cu ildən benzinli avtomobil istehsalını dayandıracaq 2030-cu ildə satılan avtomobillərin 80%-i elektrikli olacaq
Maliyyə
5 İyul , 2017 19:00
Volvo 2019-cu ildən benzinli avtomobil istehsalını dayandıracaq

Bakı. 5 iyul. REPORT.AZ/ "Volvo" minik avtomobilləri 2019-cu ildən etibarən elektrikli və ya hibrid motorlarla təchiz ediləcək. 

"Report" "Financial Times"a istinadən xəbər verir ki, bu barədə açıqlamanı şirkətin baş direktoru Hakan Samuelson verib.

"Volvo 2025-ci ilə qədər 1 mln. elektromobil satmağı vəd edib, biz isə öz sözümüzə əməl etməyə öyrəşmişik", - şirkət rəhbəri açıqlama verib.

Qeyd edək ki, 2010-cu ildə Çinin "Geely" avtomobil şirkəti tərəfindən "Volvo"nun alınmasından sonra şirkət elektrikli motorların işlənib hazırlanması və tətbiq edilməsi prosesinin sürətləndirib. Çin dünyada bu tip mühərriklərlə çalışan avtomobillərin ən iri bazarı hesab edilir, "Geely" isə ABŞ-a avtomobil satan yeganə Çin şirkətidir.

Hazırda elektrikli avtomobil bazarı kiçikdir. 2016-cı ildə dünyada satılan avtomobillərin 1%-dən də az hissəsini elektromobillər təşkil edib. Amma, buna baxmayaraq onların populyarlığı sürətlə artır. Bu ilin yanvar-mart aylarında elektromobillərin satışında illik müqayisədə 40% artım qeydə alınıb və 191 700 ədəd təşkil edib. Bu temp qorunarsa 2030- cu ilə qədər avtomobil satışlarının 80%-i elektrikli olacaq. 

Son xəbərlər

Orphus sistemi